“Rahim Şəkinski” və arvadının güllələnməsinə dair faktlar açıqlandı

“Rahim Şəkinski” və arvadının güllələnməsinə dair faktlar açıqlandı
  31 Mart 2018    Oxunub:7244
"Rahim Şəkinski" ləqəbli Rahim Namazovun və həyat yoldaşının Fransanın Tuluza şəhərində güllələnməsinə dair yeni faktlar açıqlanıb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Tuluza şəhər prokuroru Pyer İva Kullyonun hadisə ilə bağlı açıqlamasına görə, Namazova və onun arvadına atəş açan şəxs tək olmayıb.
Prokuror bildirib ki, cinayətkarın hadisə yerindən qaçmasına kimsə kömək edib: “Təxminən 50 yaşında olan şəxs əlbir olduğu başqa bir nəfərlə birlikdə yaxınlıqda park edilmiş avtomobildə gözləyib. Namazov və həyat yoldaşının olduğu avtomobilə yaxınlaşaraq bir neçə dəfə atəş açıb. Sonra həmin şəxsin köməyi ilə hadisə yerindən uzaqlaşıb”.

Prokuror hazırda cinayət işi bağlı araşdırmanın davam etdirildiyini deyib.

Qeyd edək ki, bu gün səhər saatlarında Tuluzanın yaxınlığındakı Colomie şəhərində silahlı insident baş verib. Məlumata görə, naməlum şəxslər avtomobildən düşən azərbaycanlı Rahim Namazov və onun həyat yoldaşına 8 dəfə atəş açıblar. İnsident zamanı ağır yaralanan azərbaycanlılar Purpan xəstəxanasına yerləşdirilib. Qadın aldığı güllə yarasından xəstəxanada dünyasını dəyişib. R.Namazovun vəziyyəti isə ağırdır.

Kriminal aləmdə özünü "Opasnı Roma", "Rahim Şəkinski" kimi təqdim edən Rahim Namazov bir neçə gün əvvəl “Youtube” şəbəkəsində səs yazıları yayaraq kriminal aləmdə "Lotu Quli" kimi tanınan Nadir Səlifovu və onun yaxınlarını təhqir etmişdi. Məlum hadisənin məhz "Lotu Quli"nin adamları tərəfindən törədildiyi iddia edilir.

Fransa KİV-lərində güllələnən Rahim Namazovun jurnalist olduğu yazılıb. Mətbuat Şurasının sədri Əflatun Amaşov bununla bağlı açıqlama yayaraq Azərbaycanda Rahim Namazov adlı şəxsin heç vaxt jurnalist fəaliyyəti ilə məşğul olmadığını bəyan edib.

AzVision.az


Teqlər: Fransa   Rahim-Şəkinski  





Xəbər lenti