Bakıda kurort zonaları yaradılacaq

  04 Oktyabr 2013    Oxunub : 612
Bakıda kurort zonaları yaradılacaq
Böyük Bakının regional inkişaf sxemi”nə əsasən, paytaxt ərazisində Böyük Zirə və Qum adaları da daxil olmaqla sahəsi 300 hektar təşkil edəcək sanator–kurort zonaları yaradılacaq.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən AzərTAc-a bildirmişlər ki, inkişaf sxeminə uyğun olaraq Dənizkənarı Milli Park Bibiheybət qəsəbəsindən Zığ qəsəbəsinədək (33 kilometr) uzadılacaq, idman-sağlamlıq obyektləri 700 hektar ərazini əhatə edəcək.

Layihədə, həmçinin parklara 500 hektar, əhalinin vaxtının səmərəli keçirilməsi məqsədilə müvafiq infrastrukturun yaradılmasına 1550 hektar, şəhərin mərkəzində aşağı mərtəbəli binaların tikintisinə 1400 hektar, o cümlədən 5 mərtəbəli binaların inşasına 1000 hektar ayrılması nəzərdə tutulub. (azertac)

Teqlər: