Rusiya vətəndaşları Bakıda səs verirlər

Rusiya vətəndaşları Bakıda səs verirlər
  18 Mart 2018    Oxunub:1612
Rusiyadakı prezident seçkiləri ilə əlaqədar bu ölkənin Bakıdakı səfirliyində səsvermə keçirilir.
AzVision.az xəbər verir ki, seçki məntəqəsi yerli vaxtla saat 8.00-dan 20.00-dək açıq olacaq.

Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Denis Apaşkinin sözlərinə görə, Bakıda yaradılmış seçki məntəqəsində seçicilərin yüksək fəallığı müşahidə olunur.

Qeyd edək ki, Rusiyada keçirilən prezident seçkilərində 8 namizəd – Vladimir Putin, Serqey Baburin, Pavel Qrudinin, Vladimir Jirinovski, Kseniya Sobçak, Maksim Suraykin, Boris Titov və Qriqoriy Yavlinski mübarizə aparır.

AzVision.az


Teqlər: Rusiya   Seçki   Bakı  





Xəbər lenti