AXCP fəalı YAP-a keçdi

AXCP fəalı YAP-a keçdi
  03 Oktyabr 2013    Oxunub:958
AXCP fəalı Daşqın Məlikov oktybarın 3-də həbsxanadan İlham Əliyevin namizədliyini dəstəklədiyini bildirən bəyanatla çıxış edib.
AzVision.az xəbər verir ki, bu barədə Azadlıq Radiosuna gənc fəalın atası Əlisafa Məlikov məlumat verib.

“Oğulum xəstədir, hər gün yorğan-döşəkdədir, artıq həbsxanada dözə bilmir”

Daşqın Məlikov müraciətində təmsil olunduğu partiyanın üzvlüyündən də imtina etdiyini yazıb. Atasının dediyinə görə, oğlu 2-ci qrup əlildir, onun asması var.

Daşqın Məlikov 2013-cü il martın 25-də Sumqayıtda tutulub. O, Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan narkotik vasitələrin saxlanması) maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay azadlıqdan məhrum edilib.


Teqlər:  





Xəbər lenti