"Qərara gəldik ki, hər il görüşək" - Məmmədyarov

"Qərara gəldik ki, hər il görüşək" - Məmmədyarov
  15 Mart 2018    Oxunub:1261
"Buna qədər üçtərəfli görüşlər olurdu. Görüşlər Xarici İşlər Nazirlikləri və digər nazirliklər arasında həyata keçirilirdi. Lakin son görüşdən sonra üçtərəfli format bir qədər dəyişdi. Əlaqələri inkişaf etdirmək üçün Cənub- Qərb nəqliyyat dəhlizi də olmalıdır. Hindistanın, hətta Vyetnamın bu bölgəyə marağı barədə fikirlər səsləndirilir".
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov əməkdaşımızın XİN rəhbərlərinin dördtətərfli görüşünün yekunları və Cənub- Qərb nəqliyyat dəhlizinin potensialı barədə sualını cavablandırarkən deyib.

Nazir bildirib: "Artıq Bakı-Tbilisi-Qars dəmiryolu mövcuddur. Cənubi Avropadan Asiya bölgəsinə yüklərin daşınması daha az vaxtda aparıla bilər. Rəşt-Astara dəmiryolunun tikintisi barədə qərarlar verilib. Tikinti 3 ilə başa çatmalıdır. Qalan hissəsi tikiləndən sonra dəmiryolları şəbəkəsi yaradılacaq. Qərara gəldik ki, prosesin davam etməsi üçün hər il görüşək".

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan, Türkiyə, Gürcüstan və İran xarici işlər nazirlərinin birinci görüşü keçirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti