“Yeni bina idarənin işində yeni bir səhifədir”

“Yeni bina idarənin işində yeni bir səhifədir”
  03 Oktyabr 2013    Oxunub:1093
“Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni binasında vətəndaş cəmiyyəti intitutlarının iştirakı ilə görüş keçirilməsi təsadüfi deyil. Bu, bizim onlarla əməkdaşlıq etdiyimizi göstərir”.
AzVision.az xəbər verir ki, bu sözləri bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində vətəndaş cəmiyyəti institutları ilə keçirilən görüşdə çıxış edən Korrupsiyaya qarşı Mübarizə İdarəsinin katibi Vüsal Hüseynov deyib.

O vurğulayıb ki, vətəndaş cəmiyyəti institutları ilə birgə fəaliyyət bu mübarizədə daha yaxşı nəticə verir: “Korrupsiya halları ilə mübarizədə irəliləyişlər var. Bizim hər 6 aydan bir təqdim etdiyimiz hesabatlar da bunu göstərir. Eyni zamanda idarənin əməkdaşlarını təbrik edirəm. Yeni bina bu idarənin işində yeni səhifədir və onun daha geniş fəaliyyətinə rəvac verəcək”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti