Bazarda partlayış

Bazarda partlayış
  03 Oktyabr 2013    Oxunub:930
İraqda terror aksiyaları səngimək bilmir
İraqın paytaxtı Bağdad şəhərinin bazarında partlayış baş vermişdir.

Azvsison.az “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, bazarın mərkəzinə basdırılmış bomba uzaq məsafədən elektron vasitə ilə işə salınaraq partladılıb. Hələlik ölənlər və yaralananlar haqqında məlumat verilmir. Ehtimal edilir ki, terror aksiyasının bazarda keçirilməsi çox sayda insan ölümünə hesablanıb.

Birləşmiş Millətlər Təşkilatının İraq təmsilçisinin açıqlamasına görə, sentyabr ayında bu ölkədə törədilmiş terror aktları nəticəsində 887-si sadə vətəndaş, 92-si təhlükəsizlik orqanlarının işçisi olmaqla, cəmi 979 nəfər həlak olmuş, 2 min 133 nəfər isə ağır yaralanıb.


Teqlər:





Xəbər lenti