Tramp Kim Çen Inla görüşə razılıq verdi

Tramp Kim Çen Inla görüşə razılıq verdi
  09 Mart 2018    Oxunub:1470
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla may ayına qədər görüşməyə razılıq verib.

AzVision.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu Cənubi Koreya prezidentinin müşaviri Çon In Yön bildirib.
"Prezident Kim Çen Inla may ayınadək görüşə razılıq verib. KXDR vədlərini konkret işlərlə həyata keçirməyincə təzyiq davam etdiriləcək", - deyə Çon In Yön vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Tramp   ABŞ  





Xəbər lenti