Obama büdcəyə görə səfəri təxirə saldı

Obama büdcəyə görə səfəri təxirə saldı
  02 Oktyabr 2013    Oxunub:1063
ABŞ prezidenti Barak Obama Malayziyaya planlaşdırılan səfəri büdcə böhranına görə təxirə salıb.
AzVision.az xəbər verir ki, bu barədə Malayziyanın baş naziri Nəcibə Tuna Razak bildirib. Baş nazirin sözlərinə görə, Obama ona zəng vuraraq səfəri təxirə saldığı üçün üzr istəyib və səfərin vaxtını başqa günə təyin edəcəyinə söz verib.

ABŞ prezidenti oktyabrın 11-də Kuala-Lumpurda baş tutacaq biznes-konfransda iştirak etməli idi. Səfər təxirə salındığı üçün ABŞ-ın dövlət katibi Con Kerri konfransda prezidenti əvəz edəcək.

Malayziya Obamanın Asiya səfərində dörd ölkədən biri olmalı idi. Belə ki, ABŞ prezidenti İndoneziya, Bruney və Filippinə səfər etməyi planlaşdırırdı, lakin bu səfərlərin ləğvi haqqında hələ heç bir açıqlama verilməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti