Rusiya XİN: MDB-də təhlükəli amillər formalaşır

Rusiya XİN: MDB-də təhlükəli amillər formalaşır
  28 Fevral 2018    Oxunub:2065
"Qazaxıstan və Rusiya regionda nəticəsi hamı üçün pis ola biləcək geosiyasi oyunlara qarşı dura bilər"

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasin bildirib.
“Rusiya və Qazaxıstan bizim regionda, postsovet məkanında, xüsusilə Yaxın Şərq və Şimali Afrikada müşahidə etdiyimiz geosiyasi oyunların baş tutmaması üçün çox şey edə bilmək qabiliyyətinə malikdir”, - deyə Karasin Astanada keçirilən “Qazaxıstan-Rusiya”: Gələcəyə yönələn müttəfiqlik" beynəlxalq konfransında çıxışı zamanı vurğulayıb.

Onun bildirdiyinə görə, ekspertlər üçüncü ölkələrin MDB, Avrasiya İqtisadi Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı kimi təşkilatların iştirakçıları arasında fikir ayrılılığı və rəqabətin təhlükəli amillərini formalaşdırma cəhdlərinin olduğunu vurğulayır: "Bu halda Rusiya əleyhinə sanksiyalar faktorundan istifadə edərək Rusiya ilə əməkdaşlığı və tərəfdaşlığa sadiq qalmağa davam edənlər təhdid olunur".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   MDB   Karasin  





Xəbər lenti