Bakıda Xocalı yürüşü keçiriləcək

Bakıda Xocalı yürüşü keçiriləcək
  22 Fevral 2018    Oxunub:3133
“Xocalı soyqırımının 26-cı ildönümünün keçirilməsinə dair tədbirlər planı”na uyğun olaraq Xətai Rayon İcra Hakimiyyəti tərəfindən abidənin yerləşdiyi 1050 metr uzunluğunda olan parkda abadlaşdırılma işləri həyata keçirilir.
İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov AzVision.az-a bildirib ki, Xocalı soyqrımına həsr olunmuş abidə kompleksinin yerləşdiyi parkda güllər əkilib.

“Parkın giriş hissəsinə, həmçinin, Xocalı və Yusif Səfərov küçələri boyunca yeni yaşıllıq örtüyünün salınması və gül kollarının əkilməsi üçün 100 mindən çox gül və bəzək kolu tədarük edilib. Hazırda müxtəlif idarə və müəssisələrdən insanlar, ümumtəhsil müəssisələrindən, bağçalardan uşaqlar gələrək abidəni ziyarət edirlər”.

P.Hüseyn bildirib ki, 26 fevral günü yürüş keçiriləcək. Xocalı abidəsi istiqamətində nəzərdə tutulan yürüş "AMAY" Ticarət Mərkəzi tərəfdən başlayacaq.

Qeyd edək ki, Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımına həsr olunan “Ana harayı” abidə kompleksi 1993-cü ildə inşa edilib. Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar abidəni minlərlə insan ziyarət edir.

Aytən Zəhra
AzVision.az


Teqlər: Xocalı   Yürüş   Soyqırım  





Xəbər lenti