İtkin düşən alpinistlərin axtarışından YENİ FOTOLAR

İtkin düşən alpinistlərin axtarışından YENİ FOTOLAR
  22 Fevral 2018    Oxunub:16860
Son günlər hava şəraitinin kəskin pisləşməsi itkin düşən alpinistlərin axtarışını çətinləşdirib. FHN-nin yaydığı son məlumata əsasən, axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) çətin meteoroloji şəraitdə aparılır.
Bildirilib ki, intensiv yağan qar səbəbindən axtarışların getdiyi ərazilərdə yeni qar uçqunlarının yaranma ehtimalı artıb. Yaranmış şəraitdə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması çətinləşib.

Nazirliyin axtarışlarla bağlı yaydığı yeni görüntülər:











Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

AzVision.az


Teqlər: FHN   Alpinist   Quba  





Xəbər lenti