Komitə sədri Abbas Ələsgərov vəfat edib - Yenilənib

Komitə sədri Abbas Ələsgərov vəfat edib - Yenilənib
  19 Fevral 2018    Oxunub:7005
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov dünyasını dəyişib.

Komitədən AzVision.az-a verilən məlumata görə, 81 yaşlı A.Ələsgərovun səhhətində ciddi problem olmayıb.
“Abbas Ələsgərov dünən axşam saatlarında dünyasını dəyişib. Onun səhhətində ciddi problem yox idi. Hər hansı xəstəlikdən şikayətlənmirdi”, - deyə komitədən bildirilib.

Mərhumun harada dəfn olunacağını hələ məlum deyil.

Qeyd edək ki, 1937-ci ilin dekabrın 13-də Bakıda anadan olan A.Ələsgərov 2007-ci ildən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri olub.

Aytən Zəhra
AzVision.az


Teqlər: Abbas-Ələsgərov   Komitə  





Xəbər lenti