“Razılaşdırılmamış aksiyaların qarşısı alınacaq” - Nazir müavini

“Razılaşdırılmamış aksiyaların qarşısı alınacaq” -  Nazir müavini
  15 Fevral 2018    Oxunub:4815
"Bu gün Azərbaycan ən sabit, təhlükəsiz ölkələrdən biridir".

AzVision.az-ın məlumatına görə, bunu daxili işlər nazirinin müavini Oruc Zalov Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.
O. Zalov deyib ki, seçki günü seçicilərin iradəsini azad ifadə etmək üçün DİN Tədbirlər Planı hazırlayıb, yerlərə göndərib:

"Həmin Tədbirlər Planına əsasən asayişin təmini üçün hazırlıqlara başlanıb. Seçki ilə bağlı səsvermə hüququna malik vətəndaşlar müəyyənləşdiriləcək, şəxsiyyət vəsiqələri ilə təmin olunacaqlar. Bu gün insanların əksəriyyəti böyük şəhərlərə miqrasiya edir, burada yaşayırlar. Maarifləndirmə işi elə aparılmalıdır ki, yaşadığı yer, yaxud qeydiyyatda olduğu yer üzrə qeydiyyata alınsın. Bu işlər qısa müddətdə başa çatacaq. Yığıncaq və toplantılar keçirilən yerlərdə ictimai təhlükəsizlik təmin olunacaq. Səsvermə və səsvermədən sonra razırlaşdırılmamış aksiyaların qarşısı qətiyyətlə alınacaq. Seçki bülletənləri məntəqələrə gətirilən zaman polis tərəfindən məntəqələr ciddi nəzarətə götürüləcək. Bülletenlərin DSK-lara və MSK-ya gətirilməsi zamanı da mühafizə təmin olunacaq".

Elvin Abdulqədirov
AzVision.az




Teqlər: Seçki   DİN   Oruc-Zalov  





Xəbər lenti