“İsa Qəmbər 2003-cü ildəki məğlubiyyəti təkrarlamaq istəmir”

“İsa Qəmbər 2003-cü ildəki məğlubiyyəti təkrarlamaq istəmir”
  13 Fevral 2018    Oxunub:2324
“Radikal müxalifətin boykotu seçkiyə heç bir ciddi təsir etmiyəcək”. Bunu BAXCP sədri Qüdrət Həsənquliyevin müavini Niyaməddin Orduxanlı deyib.
“İsa Qəmbər 2003-cü ildən sonra heç bir seçkiyə qatılmayıb. Təbii ki, bunun bir çox səbəbləri ola bilər. İlk olaraq, düşünürəm ki, prezident İlham Əliyevin çox güclü namizəd olması faktı İsa Qəmbəri 15 ildir seçkidən kənar saxlayır. O, 2003-cü ilin prezident seçkilərdəki məğlubiyyətini təkrarlamaq istəmir. Müsavat partiyası son 10 ildə həddindən artıq zəifləyib. 1992-ci ildə partiyanı yaradan şəxslər - Rauf Arifoğlu, Sülhəddin Əkbər, İbrahim İbrahimli, Nəsib Nəsibli və onlarla funksionerlər partiyanı tərk ediblər”,- deyə Orduxanlı bildirib.

BAXCP sədri Qüdrət Həsənquliyevin iştirakına gəlincə, müavini qeyd edib ki, namizədliyin təsdiqi üçün sənədlər artıq Mərkəzi Seçki Komissiyasına təqdim edilib: “Biz düşünürük ki, seçkilərdə iştirak çoxpartiyalı sistemin inkişafı, alternativ proqram və ideyaların təbliği, siyasi mədəniyyətin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Qüdrət Həsənquliyevin zəngin siyasi tərcümeyi-halı var, ölkənin çox tanınmış siyasi partiyasının lideridir. Cəmiyyətdə Qüdrət bəy kifayət qədər tanınır. Biz Qüdrət bəyin namizədi olması ilə yanaşı, namizədlərin öz namizədliklərini geri götürmələri üçün Seçki Məcəlləsində nəzərdə tutulmuş son müddətədək vahid namizədin müəyyənləşdirilməsi ilə bağlı müzakirələri də davam etdirəcəyik”.



Teqlər:





Xəbər lenti