Məhkumun sağ cibindən telefon çıxdı

Məhkumun sağ cibindən telefon çıxdı
  30 Sentyabr 2013    Oxunub:1039
Bakı İstintaq təcridxanasında qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, sentyabrın 30-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında cəza çəkən məhkum İsa Telman oğlu Süleymanovun kamerasına baxış keçirilib.

Baxış zamanı onun əynində olan idman gödəkçəsinin sağ yan cibindən daxilində "Sim" danışıq kartı olan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.
Qeyd edək ki, 1989-cu il təvəllüdlü İsa Süleymanov Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq; külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.


Teqlər:





Xəbər lenti