8 nəfər Rusiya prezidenti olmaq istəyir - Putinin rəqibləri

8 nəfər Rusiya prezidenti olmaq istəyir - Putinin rəqibləri
  08 Fevral 2018    Oxunub:3568
Rusiyanın Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədlərin qeydiyyatı prosesini başa çatdırıb. AzVision.az “TASS”-a istinadən xəbər verir ki, MSK-nın yekun qərarına əsasən, səkkiz nəfər prezidentlik postu uğrunda mübarizə aparacaq. Onlardan yeddisi partiya təmsilçisi, biri isə müstəqil namizəddir.
Sergey Baburin - Rusiya Ümumxalq İttifaqı Partiyası,
Pavel Qrudinin - Kommunist Partiyası,
Vladimir Jirinovskiy - Liberal Demokrat Partiyası,
Vladimir Putin – Müstəqil namizəd,
Kseniya Sobçak - Vətəndaş Platforması Partiyası,
Maskim Suraykin - Rusiya Kommunistləri Partiyası,
Boris Titov - Yüksəliş Partiyası,
Qriqoriy Yavlinskiy - “Yabloko” Partiyası


Namizədliyini irəli sürmüş 16 nəfərdən yalnız 6-sı toplanmış imzaları MSK-ya təqdim edib və onların hamısı qeydiyyata alınıb. Parlament fraksiyaları tərəfindən irəli sürülən namizədlər imza toplamaqdan azad edildikləri üçün Vladimir Jirinovski və Pavel Qrudinin qeydəalma prosedurundan birinci keçiblər.

Hazırda Rusiya prezidentinin səlahiyyət müddəti 6 ildir. Eyni şəxs iki dəfədən artıq təkrarən prezident seçilə bilməz. İndiki prezident Vladimir Putin 1996-cı ildən Rusiyanın ali hakimiyyət orqanlarında işləyib, prezidentin işlər müdirinin müavini, Prezident Administrasiyası rəhbərinin birinci müavini, Federal Təhlükəsizlik Xidmətinin direktoru, Təhlükəsizlik Şurasının katibi olub. 2000-ci ildə ilk dəfə prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb. 2008-ci ilin may ayından Rusiyanın baş naziri olub. 2012-ci ildə yenidən prezident seçilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   MSK   Putin  





Xəbər lenti