Volodin seçkidən sonra Azərbaycana gələcək

Volodin seçkidən sonra Azərbaycana gələcək
  07 Fevral 2018    Oxunub:1980
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin 8-9 aprel tarixində İrana səfər edəcək.
AzVision.az “İnterfaks”-a istinadən xəbər verir ki, səfərdə məqsəd İran parlamentinin sədri Əli Laricani ilə əvvəllər əldə edilmiş razılaşmaları müzakirə etməkdir.

Bundan başqa, Duma sədrinin Azərbaycana da səfəri nəzərdə tutulub. Qeyd olunub ki, Volodinin Azərbaycana rəsmi səfəri aprelin 11-də keçiriləcək prezident seçkilərindən sonraya planlaşdırılır. Səfərin tarixi hələ dəqiqləşdirilməyib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   Duma   Azərbaycan  





Xəbər lenti