Partlayış olan hərbi hissəyə baxış keçirilib

Partlayış olan hərbi hissəyə baxış keçirilib
  06 Fevral 2018    Oxunub:1703
Fevralın 6-da Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) və Fövqəladə Hallar Nazirliyinin (FHN) birgə partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirib.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, ərazidən 18 ədəd partlamamış hərbi sursat (PHS), 83 ədəd partlamış-yanmış mərmi qalıqları və 158 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 552 000 kv.m (55.2 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, ANAMA Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 10 422 nəfər yerli sakin arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparıb.

AzVision.az


Teqlər: ANAMA   Xızı   Hərbi-hissə  





Xəbər lenti