Milli Məclis bu gün toplanacaq

Milli Məclis bu gün toplanacaq
  30 Sentyabr 2013    Oxunub:884
Məclisin 2013-cü il payız sessiyası bu gün işə başlayır.
AzVision.az xəbər verir ki, sessiyanın ilk iclasında 40-dan çox məsələnin müzakirəsi nəzərdə tutulub. İclasda əvvəlcə payız sessiyanın qanunvericilik işləri planı təsdiqlənəcək.

Sonra deputatlar bir sıra beynəlxalq sənədləri - “Ekstradisiya haqqında” Avropa Konvensiyasının Üçüncü Əlavə Protokolunun (bəyanatlar ilə) təsdiq edilməsi barədə”, “2015-ci ilədək humanitar sahədə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əməkdaşlıq Proqramı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan – Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) – “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihələrini təsdiq edəcəklər.




Teqlər:  





Xəbər lenti