Ermənistanda yenidən etiraz aksiyası keçirildi - FOTO

Ermənistanda yenidən etiraz aksiyası keçirildi -
  FOTO
  06 Fevral 2018    Oxunub:2076
Ermənistanda qiymət artımına qarşı növbəti etiraz aksiyası keçirilib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, müxalif “Yelk” ittifaqı tərəfindən keçirilən aksiyada Sarkisyan hakimiyyətin yürütdüyü uğursuz siyasət tənqid olunub. Sakinlər qiymət artımından şikayətlənib, ölkədə sosial-iqtisadi vəziyyətin dözülməz olduğunu dilə gətiriblər.

Polis əməkdaşları aksiya iştirakçılarını ərazidən uzaqlaşdırmağa çalışıb, bu zaman nümayişçilərlə polis əməkdaşları arasında insident baş verib.

Deputat Nikol Paşinyan polislərə irad tutaraq, ölkədə getdikcə artan bahalaşmanın onların ailələrinə də təsir etdiyi deyib.



AzVision.az


Teqlər: Ermənistan   İrəvan   Etiraz   Aksiya  





Xəbər lenti