Cüdoçumuz Sofiyada bürünc medal qazandı

Cüdoçumuz Sofiyada bürünc medal qazandı
  05 Fevral 2018    Oxunub:1184
Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən cüdo üzrə Avropa kuboku yarışına yekun vurulub.
Beynəlxalq turnirin son günündə Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb. +100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Uşangi Kokauri bürünc medal qazanıb.

Cüdoçumuz 3-cü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Stanislav Bondarenkoya qalib gəlib. Qeyd edək ki, qitə kuboku uğrunda turnirdə Avropanın 29 ölkəsindən 244 cüdoçu mübarizə aparıb.

Azərbaycan cüdoçuları Sofiya turnirində 1 qızıl və 1 bürünc medal qazanıb. Beynəlxalq turnirin ilk günü Tofiq Məmmədov bütün rəqiblərinə qalib gələrək çempion olub.

AzVision.az


Teqlər: Cüdo  





Xəbər lenti