Gənclər Günü Silahlı Qüvvələrdə qeyd edilib

Gənclər Günü Silahlı Qüvvələrdə qeyd edilib
  02 Fevral 2018    Oxunub:2278
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, 2 fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrində, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, mərkəzi və qarnizon zabitlər evlərində silsilə bayram tədbirləri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, çıxış edənlər Azərbaycan Gəncləri Gününün təntənəli surətdə qeyd edilməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, Ümummilli Liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasının qoyulduğunu vurğulayıblar.



Qeyd olunub ki, Ulu Öndərin ölkəmizə rəhbərliyi dövründə gənclərimiz onun diqqət və qayğısını daim hiss ediblər. Əsası Ümummilli Lider tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Bu gün gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.



Bayram tədbirlərində yerli icra hakimiyyəti orqanları, dövlət və qeyri-hökumət təşkilatları, veteranlar, ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəxsi heyətlə görüşlər, mədəni-kütləvi, vətənpərvərlik və idman tədbirləri keçirilib.



Tədbirlərdə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin və rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri şəxsi heyət qarşısında maraqlı konsert proqramları ilə çıxış ediblər.



AzVision.az


Teqlər: Ordu   Gənc  





Xəbər lenti