Almaniya ABŞ-ın qərarına qarşı: Rusiyanın layihəsinə icazə verildi

Almaniya ABŞ-ın qərarına qarşı: Rusiyanın layihəsinə icazə verildi
  31 Yanvar 2018    Oxunub:2161
“Şimal axını-2” layihəsinin operatoru Almaniyanın ərazi sularında qaz kəmərinin tikintisi üçün icazə alıb.
AzVision.az xəbər verir ki, bu barədə “Nord Stream 2 AG” şirkətinin saytında məlumat yerləşdirilib.

Qeyd olunub ki, qaz kəmərinin Lyubmin ərazisində quru hissəsinin çəkilməsinə müsbət rəy verilib.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Reks Tillerson “Şimal axını 2” təbii qaz boru kəmərinə qarşı çıxıb. Bildirib ki, Rusiya və Almaniya arasında nəzərdə tutulan layihə Avropa üçün təhlükə yaradır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Şimal-axını   ABŞ   Almaniya   Rusiya  





Xəbər lenti