Əhalidən xeyli sayda silah-sursat götürülüb

Əhalidən xeyli sayda silah-sursat götürülüb
  31 Yanvar 2018    Oxunub:1782
Polis əməkdaşları tərəfindən əhali arasında aparılan profilaktiki və hüquqi maarifləndirmə tədbirləri öz təsirini göstərir. Belə tədbirlərin nəticəsidir ki, ötən gün də vətəndaşlar tərəfindən xeyli silah-sursat polis orqanlarına təhvil verilib.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, yanvarın 30-da ümumilikdə 5 silah - 1 ədəd “Karabin”, 1 ədəd “TOZ-8” 3 ədəd “İJ” markalı ov tüfəngləri vətəndaşlar tərəfindən könüllü olaraq Ordubad, Biləsuvar və Salyan rayon polis şöbələrinə təhvil verilib.

Həmçinin Pirallahı qəsəbə sakini Təbib Mirzəyev 2 ədəd “F-1” markalı qumbaranı, 2 ədəd qumbara alışdırıcısını və 20 ədəd patronu könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.

AzVision.az


Teqlər: DİN   Silah  





Xəbər lenti