Həkim partlayışda yaralanan şəxsə 15 gün vaxt qoydu

Həkim partlayışda yaralanan şəxsə 15 gün vaxt qoydu
  30 Yanvar 2018    Oxunub:1999
Ötən həftə Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən hündür mərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində yaralanan Zahid Mahmudovun vəziyyəti ağır olaraq qalır.
Bu barədə AzVision.az-a Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov məlumat verib. Onun sözlərinə görə, xəstə hazırda reanimasiyadadır.

“Vəziyyəti ağırdır. Onun yaşayıb-yaşamayacağı barədə danışmaq tezdir. Onun bu vəziyyətdən çıxması üçün 15 gün vaxt lazımdır”.

Qeyd edək ki, yanvarın 27-də Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının (birinci-üçüncü mərtəbələri qeyri yaşayışdır) zirzəmisində yanğınla nəticələnən partlayış baş verib. Hadisə zamanı mağazada satıcı işləyən 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Yanıq-Mərkəzi   Partlayış   XƏstəxana  





Xəbər lenti