Hər il 2.5 milyon insan vərəmdən ölür

Hər il 2.5 milyon insan vərəmdən ölür
  30 Yanvar 2018    Oxunub:1602
“Dünyada 2015-ci ildə 10,4 milyon insan vərəmə yoluxub, onlardan 5.9 milyonu (56 faiz) kişi, 3.5 milyonu (34 faiz) qadın, 1 milyonu isə (10 faiz) uşaqdır. Hər il dünyada 10 milyona yaxın insan vərəmə yoluxur, 2.5 milyon insan isə bu xəstəlikdən vəfat edir”.
AzVision.az xəbər verir ki, bunu parlamentdə “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycan Respublikasında vərəmlə mübarizə” mövzusunda keçirilən dinləmədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, vərəm dünya üzrə 10 ən çox yayılmış ölüm halları siyahısındadır:

“Vərəm İİV və malyariyadan daha çox ölümə səbəb olur. 2015-ci ildə dünyada 1 milyon uşaq vərəmlə xəstələnib və 210 min uşaq vərəmdən dünyasını dəyişib. Azərbaycanda isə son 5 ildə xəstələnmənin dinamikasında azalma müşahidə olunur. 2010-cu ildə 100 min əhaliyə 53 xəstə, 2014-cü ildə 100 min əhaliyə 43,5 xəstə, 2016-cı ildə 100 min əhaliyə 38,9 xəstə olub. Yeni hallar arasında sağalma 83 faiz, təkrar hallar arasında sağalma isə 73 faiz olub”.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: Milli-Məclis   Vərəm   Komitə   İclas   Əhliman-Əmiraslanov  





Xəbər lenti