Tbilisidə metronun tavanı çökdü: 14 yaralı (VİDEO) - Yenilənib
Hadisə yerində olan Tbilisi şəhərinin meri Kaxa Kaladze yaralıların dövlət hesabına müalicə olunacağını bildirib.
Qeyd edək ki, metronun "Varketili" stansiyasında təmir-bərpa işləri ötən il aparılıb.
**
Gürcüstan paytaxtı Tbilisidə "Varketili" metro stansiyasında asma tavanın bir hissəsi çöküb.
AzVision.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 7 sərnişin xəsarət alıb.
Hadisə yerinə polis və xilasedicilər cəlb olunub. Hazırda sərnişinlər stansiyadan təxliyə olunur.
AzVision.az