ABŞ “Şimal axını 2” layihəsinə qarşı çıxdı

ABŞ “Şimal axını 2” layihəsinə qarşı çıxdı
  29 Yanvar 2018    Oxunub:1684
Rusiya və Almaniya arasında nəzərdə tutulan “Şimal axını 2” təbii qaz boru kəməri layihəsi Avropa enerji təhlükəsizliyi üçün təhlükə yaradır.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson deyib. O bildirib ki, layihə Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyi üçün təhdiddir.

Qeyd edək ki, Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti “Şimal axını 2” təbii qaz boru kəməri layihəsinin 2019-cu ilin sonunadək başa çatdırılacağını açıqlamışdı. 1220 kilometr uzunluğundakı “Şimal axını 2” qaz kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql edəcək gücə malik olacaq.

AzVision.az




Teqlər: Almaniya   Rusiya   ABŞ  





Xəbər lenti