Hava dəyişkən buludlu olacaq

Hava dəyişkən buludlu olacaq
  28 Sentyabr 2013    Oxunub:964
Bölgələrdə hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur.

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 15-18, günün birinci yarısında 21-25, axşama doğru 14-16 dərəcə isti olacağı gözlənilir.

Bölgələrdə hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 24-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Aqrometeoroloji şərh - Sentyabrın 29-dək respublikanın rayonlarında qeyri-sabit, arabir yağışlı və küləkli hava şəraiti gözlənilir. Temperatur rejimi bütün kənd təsərrüfatı bitkilərinin inkişafı üçün, o cümlədən, mərkəzi-aran rayonlarında pambığın yetişməsi üçün kifayət qədər olacaq.

Küləkli hava şəraiti bəzən pambığın yığımı və qurudulması, üzümün, meyvə və bostan bitkilərində məhsul yığımını, çoxillik otların biçini və yağıntılarla birgə bəzən səpiləcək payızlıq dənli bitkilər üçün nəzərdə tutulan tarlalarda səpinqabağı işlərin aparılmasını çətinləşdirəcək.

Bəzi rayonlarda gözlənilən yağıntılar torpağın su təminatının yaxşılaşdırılması və məhsuldar su ehtiyatlarının toplanması üçün əlverişli olacaq.


Teqlər:  





Xəbər lenti