İlham Əliyev Əfqanıstan prezidentinə başsağlığı verib

İlham Əliyev Əfqanıstan prezidentinə başsağlığı verib
  28 Yanvar 2018    Oxunub:3981
Azərbaycan prezidenti İlham Əliyev Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaniyə başsağlığı verib.
AzVision.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:

- Hörmətli cənab Prezident,

Kabil şəhərində törədilmiş güclü partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.

Bu amansız terror aktı dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasının vacibliyini və zəruriliyini bir daha təsdiq edir.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin!

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Əfqanıstan   Başsağlığı  





Xəbər lenti