Ağstafada silah-sursat tapılıb

Ağstafada silah-sursat tapılıb
  27 Yanvar 2018    Oxunub:1795
Ağstafada xeyli sayda silah-sursat tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Saloğlu qəsəbəsi ərazisində 1 ədəd mərmi alışdırıcısı, 6 ədəd “NQO”, 1 ədəd “F-1”, 1 ədəd “RQD”, 8 ədəd “RQO-5” markalı qumbara, 1 ədəd raket mərmisi, 1 ədəd 240 mm. gücləndirici və 1 ədəd tüstü şaşkası tapılıb.

Götürülən silah-sursat aidiyyatı üzrə ANAMA-nın əməkdaşlarına təhvil verilib.

AzVision.az


Teqlər: DİN   Silah  





Xəbər lenti