Xızıda hərbi sursat aşkar edilib

Xızıda hərbi sursat aşkar edilib
  27 Yanvar 2018    Oxunub:1444
Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, yanvarın 26-da partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat (PHS), 38 ədəd partlamış-yanmış mərmi qalıqları və 425 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 819 000 kv.m (81.90 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 119 gün ərzində 25 614 ədəd partlamamış hərbi sursat (PHS), 19 128 ədəd partlamış-yanmış sursat qalıqları və 103 019 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 92 825 706 kv.m (9 283 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 10 422 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

AzVision.az


Teqlər: ANAMA   Xızı   Hərbi-sursat  





Xəbər lenti