"Biz ciddi işləmək istəyirik" - Səməd Seyidovdan təklif

"Biz ciddi işləmək istəyirik" - Səməd Seyidovdan təklif
  26 Yanvar 2018    Oxunub:2365
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) həyata keçirdiyi monitorinq prosedurunu dəyişdirmək lazımdır.

Bunu Milli Məclisin deputatı Səməd Seyidov AŞ PA-nın qış sessiyasında deyib:
"Avropa Şurasının Parlament Assambleyasında selektiv yanaşmanın parlaq nümunəsini görürük. Bəzi ölkələr üçün monitorinq aparılır, kim üçünsə belə monitorinqlər həyata keçirilmir. Biz ciddi işləmək istəyirik. Fərqli yanaşma ilə hərəkət etmək istəmirik. Monitorinq prosedurunun özünü necə dəyişdirmək lazım olduğunu düşünməliyik".

Qeyd edək ki, AŞ PA 1993-cü ildən etibarən monitorinqlər keçirir.

Monitorinqin məqsədi üzv ölkələrin qanunun aliliyi, parlament demokratiyası və insan hüquqlarının qorunması prinsipləri kimi Avropa Şurasının standartlarına uyğun hüquqi və siyasi çərçivədə fəaliyyətinə əmin olmaqdır.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti AŞ PA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqa səfər edib. Nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sahibə Qafarova, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sabir Hacıyev, Elşad Həsənov, Vüsal Hüseynov, Fazil Mustafa, Asim Mollazadə, Rövşən Rzayev daxildirlər.

Səfər yanvarın 28-də başa çatacaq. (Trend)

AzVision.az


Teqlər: AŞPA   Səməd-Seyidov  





Xəbər lenti