Abid Şərifov Bayılda sürüşmə zonasına baş çəkdi

Abid Şərifov Bayılda sürüşmə zonasına baş çəkdi
  25 Yanvar 2018    Oxunub:3693
Baş nazirin müavini Abid Şərifov Bayıl qəsəbəsindəki sürüşmə zonasında çat əmələ gələn əraziyə baxış keçirib.

AzVision.az xəbər verir ki, A.Şərifov ərazidə aparılan bərkitmə işləri ilşə tanış olub, müvafiq tapşırıqlarını verib.
Qeyd edək ki, “Teleqüllə” sürüşmə sahəsində – Teleqüllədən 200-250 m cənub – şərqdə torpaq qatında eni 10 sm-dən 1 m-dək, uzunluğu 60-70 metr olan müxtəlif istiqamətli çatlar qeydə alınıb. Bununla əlaqədar Səbail Rayon İcra Hakimiyyətində (RİH) Xüsusı Qərargah yaradılıb.

Təhlükəsizlik nöqteyi-nəzərindən sakinlərə müvəqqəti olaraq evlərini tərk etmələri, qohumları və yaxınlarının evlərinə köçmələri təklif olunub.

AzVision.az



Teqlər: Abid-Şərifov   Bayıl  





Xəbər lenti