Naftalanda mərmi tapılıb

Naftalanda mərmi tapılıb
  22 Yanvar 2018    Oxunub:1320
Naftalan şəhərində mərmi tapılıb.
Bu barədə AzVision.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. Bildirilib ki, bu gün Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində hərbi təyinatı olmayan naməlum əşya aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş naməlum əşyanın ətrafında 800 kv.m əraziyə yeraltı baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib. Bu əməliyyat Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilib.

AzVision.az


Teqlər: ANAMA   Mərmi  





Xəbər lenti