Afrindən Türkiyəyə raket atıldı - Ölən və xeyli yaralı var

Afrindən Türkiyəyə raket atıldı - Ölən və xeyli yaralı var
  21 Yanvar 2018    Oxunub:3325
Suriyanın Afrin bölgəsindən Türkiyə ərazisinə raket zərbələri endirilib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, atılan 3 raket Reyhanlı qəsəbəsinə düşüb.

Hadisə nəticəsində bir nəfər ölüb, 32 nəfər yaralanıb. Ölən şəxsin suriyalı mühacir olduğu bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır.

AzVision.az


Teqlər: Türkiyə   Suriya   Afrin  





Xəbər lenti