Əbülfəs Qarayevdən otel rəhbərlərinə xəbərdarlıq

Əbülfəs Qarayevdən otel rəhbərlərinə xəbərdarlıq
  27 Sentyabr 2013    Oxunub:983
Nazirlik tərəfindən 4 otelin lisenziyası ləğv edilib.
AzVision.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Azərbaycanda turizmin inkişafından danışan nazir qeyd edib ki, bu ilin yarımillik rəqəmləri onu göstərir ki, Azərbaycan turizmi yenə də 10 faiz civarında artıb: “Keçən ilin yarımilliyinə nisbətən bu il Azərbaycana gələn turistlərin sayı 9,9 faiz artıb. Artıq 1milyon 196 min turist Azərbaycan sərhədlərini keçib. Yadınızdadırsa 2005- ci ildə bu bütün ilin rəqəmi idi. Amma bu rəqəm 10 il bundan öncə ölkəyə gələnlərin sayı cəmi 460 min olub. Bu kifayət qədər sübutlu rəqəmlərdir”.

Nazirin sözlərinə görə, hər il Azərbaycanda mehmanxaların sayı artmaqdadır: “Bu gün 516 otel fəaliyyət göstərir və təbii ki, biz bu otellərin fəaliyyətinə ciddi önəm veririk. Turizmin inkişafının yolu uğurlu olsada çox hamar deyil. Çoxlu çətinliklər, problemlər var. Bu problemlərin aradan qaldırılması üçün həm dövlət, həm də turizm sənayesinin işçiləri çox məsuliyyətlə yanaşırlar. Bu il yay mövsümü zamanı da Mədəniyyət və Turizm Nazirliyi vilə müvafiq qurumların keçirdiyi monitorinqlərin nəticəsində bir neçə oteldə ciddi nöqsanlar aşkar olundu. O, problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Təəssüflər olsun ki, 4 otelin lisenziyası ləğv olunub. Bunlar Xaçmaz rayonunda "Səyahət", Quba rayonunda " Dostluq", Mingəçevirdə və Astarada bir otelin lisenziyası dayandırıldı. Digər otellərə isə rəsmi xəbərdarlıq etmişik, müəyyən vaxt qoymuşuq. Düşünürəm ki, onlar bu tövsiyyələrdən nəticə çıxaracaqlar”.

Turizim sənayesində peşəkar kadrların hazırlanmasından danışan Ə.Qarayev qeyd edib ki, peşəkar kadların olması şirkətlərdə və otellərdə üstünlük təşkil etməlidir: “İnanıram ki, yeni qanunvericilik qəbul olunacaq. Dərk etməliyik ki, bizim turizm sənayesinin vəziyyəti standartlara tam cavab verməlidir. Gördüyünüz kimi monitorinqlərin şərtləri güclənir, tələblər sərtləşir, lakin onların hamısı tövsiyyə xarakterli və sahibkarların xeyrinə tətbiq olunur. Tətbiq olunan ölçülərin sayəsində turizim yeni mərhələyə gəlib çıxacaq”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti