Ərdoğana silahlı hücum

Ərdoğana silahlı hücum
  27 Sentyabr 2013    Oxunub:890
Baş nazirin mühafizəçilərinə atəş açıldığı iddia olunur
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Sabiha Gökçen hava limanından evinə dönərkən Mustafa Kamal körpüsündə onu mühafizə edən təhlükəsizlik işçilərinə atəş açıldığı iddia olunur.

AzVision.az `Haberturk` qəzetinə istinadən xəbər verir ki, silahlı hücum 100 metr uzaqlıqdan təşkil olunub.

Hadisə yerindən tapılan patronların sayına əsasən 7 dəfə atəş açıldığı müəyyən edilib.

Polis səlahiyyətliləri atəş açan şəxslərin kimliyini müəyyən etmək istiqamətində araşdırma aparır.

Mirvari


Teqlər:  





Xəbər lenti