İsa Qəmbər xəstəxanaya yerləşdirilib

İsa Qəmbər xəstəxanaya yerləşdirilib
  13 Yanvar 2018    Oxunub:2508
Bu gün Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İsa Qəmbər xəstəxanaya yerləşdirilib.
Müsavat Partiyasının başqanı Arif Hacılı APA-ya deyib ki, İ. Qəmbər bu gün özünü pis hiss edib və həkimə müraciət edib.

İ. Qəmbər Mərkəzi Klinik Xəstəxanada müayinədən keçib və ürəyində müəyyən problemlər aşkarlanıb. A. Hacılı hazırda İ. Qəmbərin səhhətinin stabil olduğunu, həkimlərin məsləhəti ilə bir neçə gün xəstəxanada qalacağını bildirib.

AzVision.az


Teqlər: İsa-Qəmbər  





Xəbər lenti