Debat-5: Maraqlı anlar - YENİLƏNİR

Debat-5: Maraqlı anlar - YENİLƏNİR
  27 Sentyabr 2013    Oxunub:1233
İTV-də namizədlərin 5-ci seçkiqabağı debatı başlayıb. İqbal Ağazadə `ənənə`sini pozmayaraq, bu dəfə də danışan kimi durub getdi.
İlyas İsmayılovun təmsilçisi Mais Gülalıyev çıxışında hakimiyyətin olduqca güclü, müxalifətin isə zəif və səbatsız olduğunu bildirib.
O da həmçinin çıxışını bitirəndən sonra studiyanı tərk edib.

***

Hafiz Hacıyev bildirib ki, o, Milli Şuradan bir gün sonra elə onların yığışdığı yerdə mitinq keçirəcək.

***

Sərdar Cəlaloğlu niyə Milli Şuraya üzv olmamalarına aydınlıq gətirib. Bildirib ki, Mili Şura Rüstəm İbrahimbəyovun təşəbbüsüdür və ora revanşist qüvvələr yığılıb. Onlar aqressiv və intiqamçıdırlar.

`Onlar hesab edirlər ki, iqtidarın ancaq pis tərəflərini demək, yaxşı tərəfləri haqqında susmaq lazımdır. Biz isə hesab edirik ki, hakimiyyətin yaxşı əməllərini demək lazımdır ki, onlar daha da genişlənsin`,- deyən Cəlaloğlu `Yeni Müsavat` və `Azadlıq` qəzetlərinin hər il dövlətdən 200 min dollar aldığını qeyd edib.

`Onların ikili standartları bizi bir yerdə olmağa qoymur`,- deyən Cəlaloğlu müxalifətin çox zəiflədiyini və mitinqə zorla 5-6 min adam toplaya bildyini vurğulayıb.

***

Qüdrət Həsənquliyev `irana işlədiyi sirr olmayan` islamçıların Milli Şuraya üzv olmasının səbəbini soruşub. O, Əli Kərimlini mənəvi dəyərləri pozmaqda itiham edib və buna misal kimi onun yaydığı son bəyanatı oxuyub.

Zahid Oruc Milli Şuranı ancaq xalqın qara günlərindən istifadə etmək cəhdində suçlayıb. `Siz nekroloq komitəsisinizmi?`,- deyə o, soruşub.

***

Hafiz Hacıyev Milli Şuraya müraciət edərək bildirib ki, `Siz mənim pullarımla hakimiyyətə gəlmisiniz`.

***

Fərəc Quliyev Qarabağ məsələsilə bağlı fikirlərini açıqlayıb və Milli Şuranın bu məsələ ilə bağlı mövqeyini pisləyib. Onları xaricə işləməkdə qınayıb.

***

Araz Əlizadə Milli Şuranı onun haqqında kompromat toplamaqda ittiham edib və əlavə edib ki, heç kim onun haqqında heç nə tapa bilməyəcək.

***

İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov Cəmil Həsənlinin həmişə təkrarladığı ittihama cavab verərək bildirib ki, `Azərbaycandan 48 milyard dolları çıxarmaq mümkün deyil, çünki Azərbaycanda heç bu qədər pul yoxdur`.

***

Araz Əlizadə Cəmil Həsənliyə müraciətlə deyib ki, `bura gələn namizədlər dişlərini yuyub gəlsinlər, yoxsa ətrafdakılara əziyyət verirlər`.






Teqlər:  





Xəbər lenti