Nazirlik əkizlərin ölümünü araşdırır - Yenilənib

Nazirlik əkizlərin ölümünü araşdırır - Yenilənib
  09 Yanvar 2018    Oxunub:2094
Lənkəran rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı ölüm hadisəsi baş verib. Məmmədova Alidə Tofiq qızının dünyaya gətirdiyi əkiz uşaqlar doğuşdan sonra ölüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova AzVision.az-a bildirib ki, Masallı rayonunun Türkoba kənd sakini, 1991-ci il təvəllüdlü Alidə Tofiq qızı Məmmədovanın hamiləliyinin 7-ci ayında səhhətində problemlər yaranıb.

“08.01.2018-ci il tarixində xanım Lənkəran rayon doğum şöbəsinə acılışla gətirilib. 800-900 qramlıq uşaqlar ana bətnindən xaric edilib. Aparılan reanimasiyon tədbirlərə baxmayaraq, bu gün səhər saatlarında uşaqlar tələf olublar. Ananın vəziyyəti stabildir”.

S.əhmədova bildirib ki, bu, ananın ikinci hamiləliyi olub. “2016-cı ildə də qadının dünyaya gətirdiyi oğlan uşağı xəstəxanada tələf olub. Hadisə ilə bağlı Səhiyyə Nazirliyinin Neonatoloji Xidmətlərin Təkmilləşdirilməsi Komissiyası tərəfindən araşdırma aparılacaq”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Səhiyyə-Nazirliyi   Doğuş   Ölüm  





Xəbər lenti