Tramp İranla nüvə sazişini ləğv edəcək

Tramp İranla nüvə sazişini ləğv edəcək
  06 Yanvar 2018    Oxunub:2258
ABŞ-ın dövlət katibi Reks Tillerson gələn həftə İranla nüvə sazişi ilə bağlı razılaşmanın dəyişdirilməsi üçün Vaşinqtonun xüsusi qanun qəbul edəcəyini istisna etməyib.

AzVision.az xəbər verir ki, bu barədə “AP” agentliyi məlumat yayıb.
“Prezident dedi, ya bunu (İranla razılaşmanı) dəyişdirəcək, ya da ləğv edəcək. Biz onu dəyişməyə cəhd edərik”, - deyə Tillerson bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp seçkiqabağı kampaniya dövründə İranla nüvə sazişinə görə dəfələrlə Barak Obama administrasiyasını tənqid edib və prezident seçiləcəyi təqdirdə sazişi ləğv edəcəyini vəd edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: ABŞ   Tillerson   Tramp  





Xəbər lenti