Erməni deputatdan etiraf: “Ölkədə vəziyyət çox ağırdır”

Erməni deputatdan etiraf: “Ölkədə vəziyyət çox ağırdır”
  04 Yanvar 2018    Oxunub:3347
“Ermənistanda sosial-iqtisadi vəziyyət çox ağırdır”.

AzVision.az “News.am” saytına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı, “Çiçəklənən Ermənistan” Partiyasının sədri Naira Zoqrabyan deyib.
Onun sözlərinə görə, Ermənistan hökumətinin siyasəti tamamilə səmərəsizdir: “Bunların axırının necə olacağını deməyə çətinlik çəkirəm. Çünki Ermənistanda tərəqqinin qeydə alındığı bir sahənin belə adını çəkmək çətindir. Ölkədən mühacirət səviyyəsi yüksəlib, yoxsulluq və işsizliyin səviyyəsi də sürətlə artır”.

Deputat bildirib ki, Ermənistanda emiqrasiya faciəvi həddə çatıb və ölkədə ərzaq məhsullarının qiymətləri yüksək sürətlə artmaqda davam edir: “Ermənistanda son illər daxili süstlük hökm sürür. Hər vəchlə ölkəni tərk edirlər”.

AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti