Azərbaycanda 9 nəfərə qaraciyər, 81 nəfərə böyrək köçürülüb

Azərbaycanda 9 nəfərə qaraciyər, 81 nəfərə böyrək köçürülüb
  02 Yanvar 2018    Oxunub:2126
2017-ci ildə Azərbaycanda 9 nəfərə qaraciyər, 81 nəfərə böyrək köçürülüb, 79 xəstəyə endoprotezləşmə əməliyyatı aparılıb.

Bunu Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib.
Şöbə müdiri qeyd edib ki, hazırda ölkəmizdə böyrək transplantasiyası əməliyyatı olunmuş 900-dən artıq insan var və dövlət onların dərman təminatını öz üzərinə götürüb.

G.Poladov əlavə edib ki, dövlət hesabına 1106 xəstə üzərində ürək əməliyyatı (966 açıq, 140 qapalı) icra edilib, onlardan 266 nəfəri uşaqdır (201 açıq, 65 qapalı əməliyyat). 2413 anfioqrafiya müayinəsi, 684 nəfər üzərində koronar damarların stentlənməsi həyata keçirilib. Son iki ildə Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 58 uşaqda uğurla koxlear implantasiya əməliyyatı icra edilib. (Trend)

AzVision.az


Teqlər: SəhiyyəNazirliyi  





Xəbər lenti