Hərbi liseydə bilik yarışması keçirilib

Hərbi liseydə bilik yarışması keçirilib
  27 Dekabr 2017    Oxunub:1563
Müdafiə nazirinin müvafiq əmrinin icrası ilə əlaqədar “Vətənə, xalqa dövlətə xidmət bizim ömrümüzün mənasıdır” devizi altında Cəmşid Naxçıvanski adına Hərbi Liseydə kursantların iştirakı ilə ictimai fənlərə inteqrasiya üzrə intellektual bilik yarışması keçirilib.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, tədbir açıq elan olunduqdan sonra ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bildirilib ki, bu mövzuda keçirilən bilik yarışları kursantların hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına müsbət təsir göstərdiyindən liseyin rəhbərliyi belə tədbirlərə böyük diqqət ayırır. İntellektual bilik yarışmasının sualları əsasən ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, həmçinin “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nü əhatə edib.

“Aysberq”, “Kainat” və “Turan” komandalarının iştirakı ilə keçirilən bilik yarışması başa çatdıqdan sonra qaliblər komandanlıq tərəfindən mükafatlandırılıb.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti