110 nəfər təbii fəlakətin qurbanı olub

110 nəfər təbii fəlakətin qurbanı olub
  24 Dekabr 2017    Oxunub:1139
Filippində daşqınlar nəticəsində 110 nəfər ölüb.
“RİA Novosti”-nin verdiyi xəbərə görə, təbii fəlakət 150 nəfərin itkin düşməsinə səbəb olub.

Ölümlə nəticələnən hadisələrin əksəriyyəti Mindanao adasındakı Cənubi Lanao və Şimali Zamboanqa əyalətlərində qeydə alınıb.

Ölkə ərazisində daşqınlara səbəb olan qasırğa ümumilikdə 270 mindən sakinə təsir edib. Filippində 44 min nəfərin yerləşdirildiyi 600-dən çox təxliyə mərkəzi açılıb.

AzVision.az


Teqlər: Filippin   Daşqın  





Xəbər lenti