Bakı vağzalında bomba tapılmadı - Yenilənib (FOTOLAR+VİDEO)

Bakı vağzalında bomba tapılmadı - Yenilənib (FOTOLAR+VİDEO)
  21 Dekabr 2017    Oxunub:15724
Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması ilə bağlı xəbər təsdiqini tapmayıb.
AzVision.az-ın məlumatına görə, binada axtarış işləri yekunlaşıb, hər hansı partlayıcı maddə aşkar edilməyib.

Bakı Dəmir Yolu Vağzalının fəaliyyəti bərpa edilib. Hər hansı problem müşahidə edilməyib.

***

Bakı Dəmir Yolu Vağzalında yerləşən restorana bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə AzVision.az-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova məlumat verib. Qurum rəsmisi bildirib ki, hazırda əraziyə FHN və polis əməkdaşları cəlb olunub, yoxlama işləri aparılır.

S.Qədirovanın sözlərinə görə, vağzal işçiləri və sakinlər binadan çıxarılıb. Məlumatın dəqiqliyi yoxlanılır. Ətraflı məlumat veriləcək.



***
(13:16)

Hazırda hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, Bakı Dəmiryolu Vağzalında axtarışlara xüsusi təlim görmüş itlər cəlb olunub. Vağzalda bilet satışı dayandırıldığından Bakı-Sumqayıt qatarının hərəkətində problem yaranıb.











Şahanə Rəhimli
Foto: Elvin Abdulqədirov

AzVision.az


Teqlər: Vağzal  





Xəbər lenti