Pişik Bakı Dəmir Yolu Vağzalını işıqsız qoydu

Pişik Bakı Dəmir Yolu Vağzalını işıqsız qoydu
  21 Dekabr 2017    Oxunub:4496
Bakı Dəmir Yolu Vağzalına verilən elektrik enerjisinin qəfil dayanmasının səbəbi açıqlanıb.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova AzVision.az-a bildirib ki, Bakı Dəmir Yolu Vağzalında yarımstansiyadakı köhnə transformatora pişik daxil olub. Bu səbəbdən elektrik enerjisinin verilişində problem yaranıb.

“Yəqin ki, pişik qızınmaq üçün ora daxil olub və nəticədə transformatorda qısaqapanmadan partlayış baş verib. Hadisə nəticəsində elektrik enerjisinin verilişi dayandırılıb. 15 dəqiqə vağzal ərazisində elektrik enerjisi olmayıb. Sonra problem aradan qaldırılıb. Hazırda vağzal elektrik enerjisi ilə təmin olunub” - qurum rəsmisi bildirib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Vağzal   İşıq  





Xəbər lenti