Xızıda 127 ədəd hərbi sursat aşkarlanıb

Xızıda 127 ədəd hərbi sursat aşkarlanıb
  21 Dekabr 2017    Oxunub:1340
Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.
ANAMA-dan AzVision.az-a daxil olan məlumata əsasən, dekabrın 20-də yerli sakin tərəfindən daxil olmuş zəngə əsasən Upa kəndi ərazisində otlaq sahəsinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 246 ədəd partlamamış hərbi sursat (PHS), 127 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 358 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 396 500 kv.m (39.65 ha) ərazi yoxlanılıb.

Ümumilikdə, 100 gün ərzində 22 975 ədəd partlamamış hərbi sursat (PHS), 14 071 ədəd partlamış-yanmış sursat qalıqları və 83 070 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 74 366 978 kv.m (7 437 ha) ərazi yoxlanılıb.

AzVision.az


Teqlər: ANAMA   Xızı  





Xəbər lenti